AZ

Amerika Hərbi Hava Qüvvələrinin Böyük Britaniyadakı bazaları üzərində naməlum pilotsuz uçuş aparatları qeydə alınıb

Noyabrın 20-dən 26-a qədər olan müddətdə Birləşmiş Ştatlar Hərbi Hava Qüvvələrinin Böyük Britaniyadakı bazaları üzərində naməlum pilotsuz uçuş aparatları qeydə alınıb.

Editor.az xəbər verir ki, bu barədə “Reuters” amerikalı rəsmilərə istinadən yazır. Açıqlamaya görə, kiçik pilotsuz təyyarələr Lakenheath, Mildenhall və Feltwell bazalarının üzərində və yaxınlığında müşahidə edilib.

Pentaqonun sözçüsü general-mayor Patrik Rayder bildirib ki, hərbçilər buna ciddi yanaşır, lakin PUA-ları kimin buraxdığı barədə nəticə çıxarmaq hələ tezdir: “Baza menecerləri indi müəyyən ediblər ki, bu müdaxilələrin heç biri baza sakinlərinə, obyektlərinə və ya həmin bazalarda malik olduğumuz aktivlərə təsir etməyib.”

Məmurlardan biri anonim olaraq jurnalistlərə deyib ki, o, dronlarla uçuşları həvəskarların işi hesab etmir, çünki onların hərəkətləri əlaqələndirilə bilər.

//Samir Qurbanov, Editor.az

Seçilən
13
editor.az

1Mənbələr