AZ

Pakistanda ETİRAZLAR BÖYÜYÜR: “Bizim üçün həssas mövzudur”

“Pakistan bizim dost ölkəmizdir və orada baş verən proseslər bizim üçün həssas mövzudur. Lakin təəssüf ki, oradakı siyasi sistemdə çevrilişlər və ya hakimiyyət dəyişikliyi tarixi olaraq qanuni və qeyri-qanuni yollarla baş verir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında siyasi təhlilçi Məhərrəm Zülfüqarlı deyib.

Analitik son günlər Pakistan baş verən hadisələri və bunun regional təsirlərini şərh edib.

O, bildirib ki, 44 günlük müharibə zamanı Azərbaycana dəstək verən hakimiyyətin sonradan dəyişməsi və bu proseslərin buraya qədər irəliləməsi təəssüf doğurur:

“Bundan əlavə, Hindistanla Pakistan arasında ərazi məsələləri mövcuddur və bu, siyasi mühitə təsir göstərir. Pakistan nüvə dövləti olaraq güclü bir ölkədir və onun siyasətinə müxtəlif xarici təsirlər də var. Azərbaycan-Pakistan münasibətlərinin daim normal və stabilliyin qorunması yönündə olmasını arzulayan bir insan olaraq bildirirəm ki, oradakı siyasi proseslər yalnız danışıqlar yolu ilə və dövlətin mövqeyinə güc tətbiq etmədən həll olunmalıdır. Bu, əlbəttə ki, Pakistanın daxili məsələsidir, amma biz hər zaman arzu edirik ki, Pakistan kimi böyük və güclü dövlətlərdə siyasi sistem sabit və normal şəkildə inkişaf etsin”.

Xatırladaq ki, hazırda Pakistanda daxili siyasi vəziyyət gərgin olaraq qalmaqdadır. Belə ki, “Tehreek-e-Insaf” (PTI) partiyası və onun lideri İmran Xan ətrafında dövr edən siyasi qeyri-sabitlik nəticəsində ölkədə etiraz dalğası böyüməyə davam edir.

Bildirək ki, PTI 2022-ci ildə İmran Xanın vəzifədən uzaqlaşdırılmasından sonra hökumətə qarşı etirazlar təşkil edir. Partiya və hakimiyyət arasında artan gərginlik fonunda Pakistan Silahlı Qüvvələrinin mənsubları ilə İmran Xanın tərəfdaşları arasında silahlı insidentlərin yaşandığı yayılan informasiyalar arasında yer alıb.

Rafi Müslümov

Seçilən
24
yenicag.az

1Mənbələr