AZ

İran: Nüvə fəaliyyətimiz şəffaf və dinc xarakter daşıyır

İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami ölkəsinin nüvə fəaliyyəti ilə bağlı açıqlama verib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İslami kabinet iclasından sonra sualları cavablandırıb.

İslami açıqlamasında \"İranın nüvə proqramı və marşrutu aydındır. O, şəffaf və dincdir. Bizim bütün fəaliyyətlərimiz MAQATE-nin nəzarəti altında və Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) çərçivəsindədir\"- deyə bildirib.

Qeyd edək ki, İran, İngiltərə, Fransa və Almaniya xarici işlər nazirlərinin müavinlərinin noyabrın 29-da Cenevrədə İranın nüvə proqramı və regional hadisələri müzakirə etmək üçün görüşəcəkləri gözlənilir.
 
Gülay
Seçilən
7
azxeber.com

1Mənbələr