Rusiyanın “Birinci Kanal”ının Berlindəki bürosunun əməkdaşlarına Almaniyanı tərk etmək əmri verilib.
Yerli müxbir İvan Blaqoy xəbər verir ki, ölkə hakimiyyəti telekanalın Almaniya bürosunu bağlamaq qərarına gəlib. Rusiya Xarici İşlər Nazirliyi cavab tədbirləri tətbiq etməklə hədələyib.
Blaqoy və həmkarı Dmitri Volkov dekabrın birinci yarısında Almaniyanı tərk etməlidirlər. Onun sözlərinə görə, Almaniya hakimiyyət orqanlarından müvafiq sənədi dünən, dekabrın 26-da alıblar. Telekanal xəbər verir ki, Almaniya bürosunun bağlanması Almaniya vətəndaşı Nikolay Qaydukun saxlanması ilə bağlı xəbərdən sonra baş verib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Rusiya cavab tədbirləri hazırlayıb. “Cavab tədbirləri bu gün açıqlanacaq” – deyən diplomat təfərrüatları açıqlamayıb.
//Samir Qurbanov, Editor.az