AZ

Deputat: Distant təhsil vergi təşviqi yolu ilə stimullaşdırılmalıdır

Azərbaycan distant (onlayn) təhsil vergi təşviqi yolu ilə stimullaşdırılmalıdır.

“İki sahil” xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

"İqtisadiyyat Nazirliyinin tabeliyindəki IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) bu il 10 min nəfər, gələn il isə 200 min nəfər üçün qısamüddətli onlayn təlim təşkil edəcək. Bu kurslar ölkədə insan kapitalının formalaşmasına, məşğulluğun artırılmasına dəstəkdir. Biz bunu stimullaşdırmalıyıq. Onlayn təhsil alan insanların vergi yükünün azaldılması vacibdir. Bununla distant təhsilin genişlənməsinə şərait yarada bilərik", - deyə o qeyd edib.

Seçilən
29
3
ikisahil.az

4Mənbələr