AZ

Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ

Malalamaqla“Özünüməşğulluq proqramında həddən artıq problemlər var. Nazir, bunu malalamaqla deyil”.Tribunainfo.az-a danışan sosioloq Elçin Bayramlı parlamentdə gedən müzakirələr zamanı səslənən tənqidlərə belə haqq qazandırıb. Onun sözləribə görə, elektron mediada və sosial şəbəkələrdə minlərlə fakt, real videolar var: ” Nazir istəyir lap göyə çıxsın, bu, faktdır. Ölməkdə olan heyvanları qəpik-quruşa alıb vətəndaşa 3000 manata satırlar.Özünüməşğulluğun başqa problemləri də var: kimlərəsə verilir, kimlərəsə verilmir. Verməmişdən qabaq nəsə tələb olunur, ya pul, ya əmlakın yarısı və s. Müxtəlif üsullarla insanlara zülm edirlər. Bu proqram zəif və kiçikdir. Bunun əhatə dairəsi azı 10 dəfə, 20 dəfə artırılmalıdır. Çünki ölkədə məşğulluq və işsizlik problemini aradan qaldıracaq yeganə üsul budur. İkinci bir yol yoxdur. Əhali iş yerləri ilə təmin olunmur, azad iqtisadiyyat, rəqabət yoxdur deyə sahibkarlar da müflis olur. Yalnız insanlar özlərini işlə təmin edə bilər. Onun üçün də özünüməşğulluq proqramı çərçivəsində müvafiq ləvazimatlar verilməlidir. Bu çox az verilir. On min müraciətdən birinə, ikisinə düşə-düşməyə…”E.Bayramlıya görə, üstəlik bu heyvanlar müxtəlif bürokratik əngəllər yaradılır: “Bu proqram olmasa ondan yaxşıdır. Dünya bankı 100 milyon dollar ayırır, onlar bunu necə edirsə, ortaya heç nə çıxmır. İnsanlar yağ ala bilmir, ya xarab məhsullar verirlər, ya xarab avadanlıq verirlər, min cür şərt qoyurlar. Belə proqram olmur. Bu ölkədə kütləvi işsizlik var. İnsanları işlə təmin edə bilmirlərsə, heç olmasa özlərini işlə təmin etmələrinə imkan versinlər. Bu proqram onun üçündür ki, dövləti sosial öhdəlikdən azad etsin. Ona görə də şərtləri yüngülləşməlidir. Belə olan halda, insanlar özlərini işlə təmin edəcək, ölkədə istehsal yaradacaq, dövlətdən sosial almayacaq, işsizlik problemi azalacaq. Bizim milyardlarla pulumuz var, niyə bu proqrama pul ayırmırlar? Mən 15 ildir ki, dayanmadan bu proqramı təbliğ edirəm”.Sosioloq hesab edir ki,ölkədə kiçik sahibkarlıq inkişaf etdirilməlidir: “Bu ölkə, bu xalq, bu dövlət nazirliklə bacarmır. Nazirlik bütün sosial proqramları məhv edib.Bu nazirlikdə ciddi şəkildə islahatlar aparılmalıdır, rəhbərlik dəyişməlidir. Yenidən proqramlara şəffaf nəzarət olunmalıdır. İctimai və dövlət nəzarəti olmalıdır. Bu pulları niyə batırırsınız? Məsələ deputatın dediyindən ən azı yüz dəfə ağırdır. Nazirin dediyi isə tamamilə biabırçılıqdır. Bu proqram Azərbaycanın yeganə xilas yoludur”.

Seçilən
37
4
yenisoz.az

5Mənbələr