AZ

Keçmiş futbolçu prezidentliyə namizəd oldu

Bu gün Tbilisidə hakim “Gürcü arzusu” partiyasının siyasi şurasının iclası keçirilib. Partiyanın təsisçisi Bidzina İvanişvili Gürcüstan prezidentliyinə namizədin adını açıqlayıb.

İvanişvilinin bəyanatına görə, “Gürcü arzusu” namizəd kimi Mixail Kavelaşvilini seçib.

Qeyd edək ki, hazırda Kavelaşvili deputat, “Xalqın Gücü” Partiyasının siyasi katibidir. 53 yaşı var. Keçmişdə idmanla məşğul olub və futbol üzrə Gürcüstan millisinin hücumçusu olub.
Gürcüstanda prezident seçkiləri dekabrın 14-də, andiçmə mərasimi isə bu ilin son günlərində keçiriləcək.

//Samir Qurbanov, Editor.az

Seçilən
19
editor.az

1Mənbələr