İspaniyanın Baş naziri Pedro Sançez oktyabrın 29-da Valensiya başda olmaqla ölkənin şərq və cənub bölgələrini vuran daşqından zərər çəkənlərə dəstək üçün 2 milyard 274 milyon avroluq yeni yardım paketini təsdiq edəcəklərini açıqlayıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Sançes Parlamentin Baş Assambleyasının iclasında ölkə tarixində bu böyük faciənin qarşısının alınması üçün nələr edilə biləcəyi, çatışmazlıqların olduğu, siyasi müzakirələr barədə danışıb.
222-si Valensiyada olmaqla 230 nəfərin həyatını itirdiyi sel fəlakətindən zərər çəkmiş bölgələrə indiyə qədər iki ayrı paketdə cəmi 14 milyard 345 milyon avro yardım elan etdiklərini xatırladan Sançez, sabah təcili olaraq toplanacaq olan Nazirlər Kabinetinin, 2 milyard 274 milyon avroluq üçüncü yardım paketini qəbul edəcəyini söyləyib.
Qeyd edək ki, son paketlə hökumət daşqından zərər çəkmiş bölgələrə ümumi yardımını 16,5 milyard avroya çatdıracaq.
Cəmalə