Pakistanın keçmiş baş naziri İmran Xanın rəhbərlik etdiyi müxalifət partiyası İslamabadda iki günlük nümayişi başa çatıb.
KONKRET.az Bloomberg-ə istinadən xəbər verir ki, buna hökumətin bir gecədə yüzlərlə mitinq iştirakçısını həbs etməsi səbəb olub. Pakistan Daxili İşlər Nazirliyinin məlumatına görə, hüquq-mühafizə orqanları İslamabadda əsas prospekti təmizləyib. Daxili işlər naziri Mohsin Naqvi jurnalistlərə bildirib ki, Xanın partiyasının yüksək səviyyəli liderləri, o cümlədən etiraza rəhbərlik edən həyat yoldaşı Buşra Bibi və Əli Əmin Qandapur ərazidən qaçıblar.
Vəli Həsənoğlu,
KONKRET.az