AZ

ABŞ-da işçilərin istefaya getməsi səbəbindən bütün şəhər polissiz qalıb

ABŞ-ın Cənubi Karolina ştatında bir icma polissiz qalıb. Buna səbəb polis rəisi də daxil olmaqla bütün departamentin istefasıdır.

Herbiand.az bu barədə xarici mətbuata istinadən bildirir.

Makkoll şəhərinin meri Corc Qardner təqdiqləyib ki, şəhərdə artıq polis qalmayıb. Şəhər başçısı WMBF News telekanalına müsahibəsində bildirib ki, icma çətin vəziyyətdə qalıb.

“Biz yeni polis rəisi və daha çox əməkdaş işə götürmək üçün fəal işləyirik” - Qardner deyib.

Merin sözlərinə görə, ilk istefa verən şəxs polis rəisi Bob Heyl olub, daha sonra digər zabitlər də onun kimi addım atıblar.

İşindən ayrılan Bob Heyl Facebook-da bildirib ki, istefası dəfələrlə olan təqiblər və şəxsi hücumlar, həmçinin Şəhər Şurasının müəyyən üzvü tərəfindən yaranan “qərəzli iş mühiti” ilə əlaqədardır.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
9
herbiand.az

1Mənbələr