AZ

Qvardiola: “Özümü incitmək istəyirdim"

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola UEFA Çempionlar Liqasında “Feyenoord”la oyunu şərh edib.

Apasport.az xəbər verir ki, mütəxəssis 3:3 hesabıyla bitən görüşlə bağlı bunları deyib:

“Üç qol buraxana qədər yaxşı oynadıq. Önə keçdikdən sonra komanda qeyri-sabit oyun nümayiş etdirdi. Son vaxtlar çox xallar itiririr. Vəziyyətin psixoloji olub-olmadığını bilmirəm. Baş verənləri unudub, irəli baxmaq istəyirik, amma qələbələr gəlmir. Vəziyyət belədir, yaxşı oynasaq da, yekun istədiyimiz kimi deyil. Çox çalışmalı və növbəti oyunda bu seriyaya son qoymalıyıq”.

Təcrübəli çalışdırıcı üzündə yaranan cızıqlarla bağlı məsələyə də aydınlıq gətirib: “Özümü incitmək istəyirdim. Ona görə, bunu dırnağımla mən etmişəm”. 

“Mançester Siti” bütün turnirlər daxil olmaqla son 6 oyunda 5 dəfə uduzub, 1 heç-heçə edib.

PSJ özbəkistanlı futbolçunu istəyir

“Barselona”dan Pedri və Qavi qərarı

La Liqada ən yaxşı baş məşqçi məlum oldu

Futbolçunun anası hakimi şillələyib - VİDEO

“Real”ın ulduzu ötən mövsümün “ən yaxşı”sı seçildi

Seçilən
93
22
apasport.az

10Mənbələr