Gələn il Hesablama Palatasının saxlanmasına 11,5 milyon manat vəsaitin ayrılacağı planlaşdırılır.
Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
Onun sözlərinə görə, bu vəsaitin 57 %-i 56 nəzarət tədbirinin keçirilməsi üçündür: "19 %-i 6 yarımillik və 1 illik hesabatın hazırlanması, 8 %-i isə 4 dəfə çap ediləcək dövlət auditi jurnalına, 1 hesabat, 1 məlumatın və 8 xülasənin hazırlanması, daha 7 %-i isə beynəlxalq imicimizin gücləndirilməsi, o cümlədən 2 beynəlxalq layihənin həyata keçirilməsi, 14 işçi qrupunda iştirakımızın və beynəlxalq sertifikatlı əməkdaşlarımızın 20 % artırılması məqsədi ilə, digər 7 %-i isə növbəti illərə rəqəmsal transformasiya və İT auditi üzrə bir sıra fəaliytətlər üçün nəzərdə tutulub".