Livan və İsrail arasında əldə olunan atəşkəs razılaşması yəhudi dövlətinin Yaxın Şərq regionunun xəritəsini güc yolu ilə dəyişmək planlarını, eləcə də müqavimət qüvvələrini aradan qaldırmaq niyyətlərini puça çıxarır. AFN.az xəbər verir ki, bu barədə Fələstinin HƏMAS hərəkatının xüsusi bəyanatında deyilir."İsrail və Livan arasında İsrail tərəfinin qoyduğu şərtləri yerinə yetirmədən əldə olunan razılaşmalar baş nazir Benyamin Netanyahunun Yaxın Şərq xəritəsinin güc yolu ilə dəyişdirilməsi, müqavimət qüvvələrinin məğlub edilməsi və ya onların tərksilah edilməsi ilə bağlı illüziyalarının məhv edilməsində mühüm mərhələdir" - deyə təşkilatın Telegram kanalında dərc olunan sənəddə qeyd edilir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta