“İnkişaf strategiyasının hazırlanmasının artıq son mərhələsi həyata keçirilir”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Elnur Məmmədli deyib.
Federasiyanın press-ateşesi bu prosesin dekabrda başa çatacağını tamamlanacağını bildirib:
“Yeni strategiya AFFA rəhbərliyi trəfindən detallı şəkildə incələnib. Onun ilin sonunadək yekunlaşması nəzərdə tutulub.
“Double Pass” və “McKinsey & Partners” neçə aydır bu işlə çox ciddi məşğuldur. 400 səhifəyə yaxın bir inkişaf layihəsi üzərində çalışırlar.
Layihə AFFA İcraiyyə Komitəsinin növbəti iclasında da geniş müzakirəyə çıxarılacaq”.