AZ

Britaniyadan Zəngəzur həmləsi: Trampa çağırış edildi

Qərb, xüsusən də Böyük Britaniya Zəngəzur dəhlizinin açılması üçün fəallığını artırıb.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan deyib.

Onun fikrincə, Zəngəzur dəhlizinə olan maraq Azərbaycan və Türkiyə ilə məhdudlaşmır:

“Azərbaycan və Türkiyənin məqsədi aralarında quru əlaqəsi yaratmaq və türk dünyasına (Mərkəzi Asiya) birbaşa çıxışı təmin etməkdir. Bu proyekt bölgəyə geosiyasi dəyişikliklər gətirəcək. Məsələn, Böyük Britaniya bu məsələdə çox fəaldır. Siyasi elmin banilərindən biri olan Makkinder və Hayholter hələ 100 il əvvəl bu məsələni müzakirə edirdilər ki, Mərkəzi Asiyaya kim nəzarət etsə, bütün dünyada hegemonluq edə bilər.

İndi də mütəmadi olaraq konfranslar keçirilir: Mərkəzi Asiya-ABŞ, Mərkəzi Asiya-Avropa İttifaqı, Mərkəzi Asiya-Çin, Mərkəzi Asiya-Rusiya. Beyin mərkəzlərində də, Trampa Mərkəzi Asiyanın Rusiya və Çinin nəzarəti altına düşməsinin qarşısını almaq üçün bölgədə daha fəal olmağı tövsiyə edən məqalələr dərc olunur. Mərkəzi Asiyaya isə yol ancaq Cənubi Qafqazdan keçə bilər, çünki bir tərəfdə Rusiya, bir tərəfdə İran, digər yanda Çindir.

Cənubi Qafqaz Mərkəzi Asiyaya açılan qapıdır, geosiyasət korifeylərinin fikrincə, irada dünya hökmranlığı məsələsi həll olunur. Mərkəzi Asiya Avrasiyanın özəyidir. Cənubi Qafqaz da Qərbin Orta Asiyaya girəcəyi qapıdır, vasitə isə türk dünyasıdır”.

Danielyan hesab edir ki, Zəngəzur dəhlizinin açılması böyük oyununun vacib məqamlarından biridir.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
342
teleqraf.com

1Mənbələr