Rusiya-Ukrayna müharibəsi başlanandan bu günə qədər ən azı 60-100 min Ukrayna hərbçisi həlak olub. Təxminən 400 min hərbçi yaralanıb.
Məlumatlar kəşfiyyat agentlikləri, müdafiə rəsmiləri, tədqiqatçılar və açıq mənbələrdən sızan və ya dərc edilmiş hesabatlardan alınan məlumatları təhlil etdikdən sonra “The Economist” nəşri tərəfindən dərc edilib.
“Bu hesabatları müstəqil şəkildə yoxlamaq çətindir. Və döyüş zamanı itkin düşən və öldüyü ehtimal edilən əsgərlər həmişə bu məlumatlara daxil edilmir. Bununla belə, onlar ölənlərin sayı barədə təxmini fikir verirlər”, – materialda deyilir.
//Samir Qurbanov, Editor.az