Çinin müdafiə naziri Dun Çyun korrupsiyada şübhəli bilinir.
Azpost.info xəbər verir ki, bu barədə vəziyyətlə tanış olan mənbələr “Financial Times”a bildiriblər.
Mənbələr nazirin konkret nədə şübhəli bilindiyini açıqlamayıblar, lakin qeyd ediblər ki, onun işi Çin Xalq Azadlıq Ordusunda rüşvətxorluqla bağlı daha geniş istintaqın bir hissəsidir.
Onların sözlərinə görə, Çin lideri Si Cinpin ordu rəhbərliyində genişmiqyaslı yoxlamaya başlayıb və nazir “tələyə düşüb”.
Dun Çyun bu vəzifəyə 2023-cü ilin dekabrında təyin edilib.
“Financial Times” xatırladır ki, bu, Çinin ardıcıl üçüncü müdafiə naziridir ki, ona qarşı korrupsiya işi üzrə cinayət işi açılıb.
Azpost.info