AZ

"Qazprom" 2025-ci ildə Ukraynadan qaz tranzitini dayandıracaq" - "Reuters"

 
"Avropa getdikcə daha çox ABŞ-dan qaz tədarükünə bel bağlayır..."
 
Kreml hakimi Vladimir Putin əmin edib ki, Rusiya bundan sonra da qazı Ukraynadan tədarük etməyə hazırdır, lakin Ukrayna müqaviləni uzatmaq niyyətində deyil.
 
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
 
Məlumatda deyilir ki, 2024-cü il dekabrın 31-dək Rusiyanın "Qazprom" korporasiyası Ukraynadan qaz tranzitini dayandırmalı olacaq.
 
Bu səbəbdən Avropa ölkələri və Türkiyənin daxil olduğu "uzaq xaricə" ixracın beşdə bir hissəsi aşağı düşəcək. Buraya "Türkiyə axını" və "Mavi axın" qaz kəmərləri daxildir, amma Çinə 38 milyard kub metrə çata biləcək qazın "Sibirin gücü" qaz kəməri vasitəsilə ixrac edilməsi daxil deyil. Eyni zamanda "Qazprom" hesab edir ki, Türkiyəyə tədarük aşağı düşməyəcək.
 
Ukrayna yarım əsrdən çox müddət ərzində Sibirdən Mərkəzi Avropaya qaz tədarükünü təmin edən tranzit sazişinin dayandırmaq niyyətində olduğunu bəyan edib. Bu saziş Ukraynaya tranzitə görə hər il təxminən bir milyard gəlir gətirib, amma hökumət bu müqaviləni uzatmaq niyyətində deyil.
 
Öz növbəsində Moskva tranzitin uzadılması barədə danışıqlara hazır olduğunu bildirib. Putin bəyan edib ki, Rusiya Ukraynadan qaz tədarükünü davam etdirməyə hazırdır.
 
İkinci dünya savaşından sonra Sibirdə böyük qaz yataqları kəşf ediləndən Sovet İttifaqı, sonra isə Rusiya Avropa ilə energetika əlaqələri yaradıb. Lakin müharibə bu əlaqələri demək olar ki, tamamilə pozub, nəticədə həm Rusiya, həm də Avropa iqtisadiyyatına zərər vurulub. Avropa getdikcə daha çox ABŞ-dan qaz tədarükünə bel bağlayır.
 
Rusiya qazının Ukraynadan tranziti
 
Xatırladaq ki, 2019-cu ildə "Naftoqaz" və "Qazprom" arasında Ukrayna ərazisindən qaz tranziti haqqında saziş imzalanıb. Onun müddəti bu ilin sonunda bitir. Kiyev məlumat verib ki, Moskva ilə sazişin müddətinin uzadılması və ya yeni sazişin təsdiq edilməsini planlaşdırmır.
 
Tammiqyaslı hərbi müdaxilə və "Şimal axını" qaz kəmərinin partladılması səbəbindən Rusiya, demək olar ki, bütün Avropa müştərilərini itirib. 
 
KİV-lərin məlumatına görə, 2023-cü ildə Rusiya Ukrayna vasitəsilə təxminən 15 milyard kub metr qaz tədarük edib ki, bu da Avropaya 2018-2019-cu illərdə müxtəlif marşrutlar üzrə tədarük edilən qazın yalnız 8 faizini təşkil edib.
 
Ekspertlər deyir ki, tranzitin kəsilməsi səbəbindən "Qazprom" illik gəlirlərinin təxminən 6 milyard dolları, Ukrayna isə 800 milyon-1, 2 milyard dollarını itirəcək.
Seçilən
8
moderator.az

1Mənbələr