AZ

Azərbaycanda bank sektorunda çalışanların sayı 1.5% artıb

Oktyabrın 31-i tarixinə Azərbaycanda fəaliyyət göstərən 22 bankın filiallarının sayı 481, şöbələrinin sayı 88, ATM-lərin sayı 3,180 olub.

Bu barədə Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Hesabat ayında bank sektorunda çalışanların sayı 1.5% və ya 370 nəfər artaraq 25,066 (ilin əvvəlindən 6.4% və ya 1,497 əməkdaş) nəfər təşkil edib.

Fəaliyyətdə olan bankların cəmi aktivləri 49,697.8 mln. manat, cəmi öhdəlikləri 43,254.6 mln. manat, balans kapitalı 6,443.2 mln. manat olub.

Fuad Mədətov
Fins.az

Seçilən
4
1
fins.az

2Mənbələr