Təəssüf ki, ölkəmizə qarşı beynəxlaq səviyyədə aparılan kampaniyaya yenə də ənənəvi olaraq radikal müxalifət və onların media qurumarı da qoşuldu".
Bu fikirləri siyasi şərhçi Yusif Bağırzadə Olaylar.az-a açıqlamasında bildirib:
"Erməni lobbisinin maliyyəsi hesabına hərəkət edən Qərb siyasilərinin ölkəmizə qarşı sanksiyalar tələblərini sevinclə qarşılayan bu psevdo-demokratlar anlamırlar və ya anlamaq istəmirlər ki, Qərbin insan hüquqları ilə bağlı hay-küyləri heç də Azərbaycan insanının hüquq və azadlıqlarına dəstək istəyindən irəli gəlmir. Onlar üçün "insan hüquqları" sadəcə bir təzyiq alətidir. Əgər belə olmasaydı o zaman insan hüquqları ilə bağlı Ermənistanda baş verənlərə də adekvat münasibət göstərər, rəsmi İrəvanın öz müxalifətinə, ayrı-ayrı QHT fəallarına, media qurumlarına qarşı davranışlarını da tənqid atəşinə tutar və sanksiya tələbləri ortaya qoyardılar. Amma bunlar baş vermir. Çünki yenə təkrar edirəm əsas olan vətəndaşların hüquqları deyil, ayrı-ayrı Qərb dövlətlərinin və onların sifarişlərini icra edən beynəlxaq təşkilatların maraqlarıdır.
Hətta məsələ insan hüquqları məsələsi olsa belə cinayətkar və terroristlər nə vaxtdan "siyasi məhbus", "hərbi əsir" olublar? Bu məsələdə anti-Azərbaycan qüvvələrinin kampaniyasına qoşulmaq sözün əsl mənasında xəyanətdir. Şübhə yoxdur ki, Özünü müxalifət adlandıran bu radikallar sifarişləri PİN' NEED' Amnesty İnternational' Human Rights Watch' Avropa Parlamenti' ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları təşkilatı və digər ölkəmiz əleyhinə kampaniya aparan təşkilatlardan aldırlar. O qurum və təşkilatlardan ki, onlar bütün fəaliyyətləri ilə ermənipərəst mövqe nümayiş etdirirlər. Radikallar isə dövlət maraqlarından deyil, şəxsi maraqdan çıxış etdikləri üçün böyük həvəslə xaricdən gələn qrantlar hesabına bu sifarişləri yerinə yetirilər.
Heç bir ciddi siyasi fəaliyyətlə məşğul olmayan, seçkilərdə iştirak etməyən, fəaliyyətləri ancaq ağa qara demək və Azərbaycanı istəməyən qüvvələrin dəyirmanına su tökməkdən ibarət olan bu qurupların siyasi cəhətdən tükəndiyini hər kəs görür. Onların ölkəmiz və xalqımız əleyhinə apardıqları fəaliyyət cəmiyyətin gözündən tamamilə düşmələrinə səbəb olub. Xalqımız haqlı olaraq dövlətimizin və cəmiyyətin uğurlarında heç bir payı olmayan, milli birliyi inkar edən və dövlətimizə qarşı olan xarici qüvvələrin əllərində oyuncağa çevrilmiş bu şəxsləri qəbul etmir. Odur ki, bu cür şəxslərin ümumiyyətlə özünü siyasətçi adlandırmağa və siyasi fəaliyyətlə məşğul olmağa da haqqı çatmır".
Zeynəb Rzayeva