AZ

Azad olunmuş ərazilərdə torpaqlar kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi qaydası hazırlanacaq

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi qaydaları və tətbiq ediləcək güzəştin həcm müəyyənləşəcək.

APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin imzaladığı “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 7 noyabr tarixli 66-VIIQD nömrəli Qanununun tətbiqi haqqında” Fərmanda əksini tapıb.

Nazirlər Kabineti Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi qaydalarını və tətbiq ediləcək güzəştin həcmini üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Seçilən
7
1
apa.az

2Mənbələr