Bu fikirləri siyasi şərhçi Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:
"Azərbaycanla ABŞ arasındakı münasibətlərdə Azərbaycan həmişə səmimi və dürüst mövqe ortaya qoyub. Amma özəlliklə, Co Baydenin hakimiyyəti dövründə Amerika Azərbaycana qarşı böyük haqsızlıqlar edibdir. Amerikadakı ermənipərəst konqresmenlər və senatorlar ABŞ Dövlət Departamentinin siyasi bəyanatlarının icmallarına bir çox hallarda təsir göstərə bilibdir. Bütün bunlar da ABŞ ilə Azərbaycan, ABŞ ilə Türkiyə arasında münasibətlərdə bəlli dövrlərdə soyuqluq yaradıbdır. Hər halda cənab Prezidentin Donal Trampa telefon zəngi etməsi, Azərbaycanla ABŞ-nin münasibətlərinin gələcəyiylə bağlı müzakirələrin edilməsi yanvarın 20-dən-yəni, Donald Trampın rəsmi formada fəaliyyətə başlamasından sonra iki ölkə arasında münasibətlərdə yeni imkanlar üçün çığırlar açır. Azərbaycan bölgənin vacib ölkəsidir və ABŞ də Azərbaycana qarşı bu günə kimi sərgilənən haqsız və ədalətsiz mövqelərindən əl çəkməlidir".
Zeynəb Rzayeva