AZ

Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib

Sabiq vəkil Elman Paşayev xüsusilə külli miqdarda dələduzluqda təqsirini qəbul etmir.

KONKRET.az bu barədə TASS-a istinadə xəbər verir.

E.Paşayev həbsinin müddətinin uzadılması ilə bağlı şikayətinə baxılan İkinci Qərb Hərbi Dairə Məhkəməsində təqsirini qəbul etmədiyini bildirib.

O hesab edir ki, Rusiyada ona qarşı cinayət işi zərərçəkmiş tərəf kimi tanınan bloger Aleksey Blinovski tərəfindən verilən ərizə əsasında açılıb.

Keçmiş vəkilin sözlərinə görə, onun günahsız olduğunu şəxsi vəsaitini Rusiya ordusunun ehtiyacları üçün ianə etməsi sübut edir.

Həmçinin qeyd olunub ki, məhkəmə E.Paşayevin həbs müddətinin uzadılmasını qanuni hesab edib.

Seçilən
20
24
konkret.az

10Mənbələr