AZ

“Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması”: Son toplantı keçirilib

Mətbuat Şurasında qurumun “Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsi çərçivəsində sonuncu toplantı keçirilib. 

“Cebheinfo.az” xəbər verir ki, tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının sədri Rəşad Məcid  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə sözügedən layihəyə göstərdiyi maliyyə dəstəyinə görə təşəkkürünü bildirib. 

R.Məcid bildirib ki, “Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsi 7 ay müddətində davam edib. Görülən işlər çərçivəsində Azərbaycan mediasının bütün istiqamətləri üzrə tədqiqatlar aparılıb, sorğular keçirilib. Medianın fərqli istiqamətləri üzrə 4 toplantı keçirilib. İyul, avqust, sentyabr və oktyabr aylarında reallaşdırılan toplantılarda layihə çərçivəsində görülmüş işlər təhlil olunub, o cümlədən, ölkəmizin media məkanı barədə təsəvvür formalaşdıran məlumat bazasının strukturuna dair fikir mübadiləsi aparılıb, təkliflər qruplaşdırılıb. 

Layihə çərçivəsində Mətbuat Şurasının “presscouncil.az” saytında “Azərbaycanın media landşaftı” adlı xüsusi kateqoriya yaradılıb. Həmin kateqoriya özündə “Azərbaycanda informasiya dövriyyəsini tənzimləyən qanunlar”, “İnformasiyanın etik standartlarını müəyyən edən yerli və beynəlxalq sənədlər”, “Azərbaycanın aparıcı media subyektləri və jurnalist təşkilatları”, “Azərbaycan mediasından gender balansı”, “I və II Qarabağ müharibəsi dövründə Azərbaycan mediası” yarımkateqoriyalarını, həmçinin layihə çərçivəsində yayımlanmış məqalələri və keçirilmiş tədbirləri birləşdirib. 

R.Məcid onu da bildirib ki, indiyədək layihə çərçivəsində nəzərdə tutulan 12 tematik məqalənin hamısı hazırlanıb və yayılıb. Eyni zamanda, məqalələr “Azərbaycanın media landşaftı” kateqoriyasında yerləşdirilib. Məqalələrdə mövzu ilə əlaqədar institsional yanaşma tətbiq edilib. 

R.Məcid layihə çərçivəsində görülən işlərin tamamlandığını və layihənin yekunlaşdığını bildirib. MŞ İdarə Heyətinin üzvü, “Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsinin eksperti Müşfiq Ələsgərli iştirakçıları kateqoriyada yerləşdirilmiş yeni məlumatlarla tanış edib. 

Bu kontekstdə o, “Azərbaycan jurnalist təşkilatları barədə tədqiqat”ın nəticələrini şərh edib. M.Ələsgərli qeyd edib ki, “Azərbaycan media landşaftı üzrə məlumat bazası” beynəlxalq standartalara uyğun formada hazırlanıb. Toplantıda çıxış edənlər-Medianın İnkişafı Agentliyinin əməkdaşı Elşən Ağayev, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu  və digərləri Mətbuat Şurası tərəfindən icra edilmiş layihənin əhəmiyyəti barədə danışıblar. 

Seçilən
10
9
cebheinfo.az

10Mənbələr