AZ

Sofyan Amrabat "Fənərbağça"nın məşqinə qatılmadı - SƏBƏB

UEFA Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda "Slavia Praqa"nın qonağı olacaq "Fənərbağça"nın futbolçusu Sofyan Amrabat komandasının son məşqinə qatılmayıb.

Fanat.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mərakeşli yarımmüdafiəçi mədə infeksiyası səbəbindən çalışmaları kənardan izləyib. 

Onun qarşıdakı oyunda meydana çıxıb-çıxmayacağı indilik məlum deyil.

Bundan başqa, "Fənərbağça"nın müdafiə xəttində də ciddi problemlər var. Çağlar Söyüncü zədəli, Rodriqo Bekao isə cəzalıdır. Filip Kostiç və Levent Mercanın adı Avropa Liqasının iştirak siyahısına salınmadığı üçün bu oyunda iştirak etməyəcəklər. Ceyden Ostervolde isə mövsümü vaxtından əvvəl başa vurub. Buna görə də baş məşqçi Joze Mourinyu müdafiə və cinahlara yeni alternativlər axtarır. "Slaviya Praqa" ilə oyunda üçlü müdafiə sistemi tətbiq edilə bilər.

Mourinyu "Zenit" ilə keçən həftə keçirilən yoxlama oyununda üçlü müdafiə sistemini sınaqdan keçirib və bu taktikanın gözləniləndən daha yaxşı nəticə verdiyini müşahidə edib. "Slaviya Praqa" ilə qarşılaşmada müdafiə xəttində Osayi-Samuel, Samet Akaydın, Aleksandr Ciku və Mert Müldürün yer alacağı ehtimal olunur.

Nihat

Seçilən
23
fanat.az

1Mənbələr