AZ

GÜNDƏM:Siyavuş Kərimi və Naxçıvan Müəllimlər İnstitutunun rektorları vəzifəsindən azad edildi, yeni təyinatlar və vergi qanununda dəyişikliklər təsdiqləndi

Siyavuş Əşrəf oğlu Kərimi Azərbaycan Milli Konservatoriyasının rektoru vəzifəsindən azad edilib.

Fins.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.

* * *

Kamilə Hüseyn qızı Dadaş-zadə Azərbaycan Milli Konservatoriyasının rektoru təyin edilib.

Fins.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.

* * *

Azad Sevindik oğlu Novruzov Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib.

Fins.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.

* * *

Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər birinci oxunuşda təsdiqlənib.

Fins.az xəbər verir ki, bu məsələ Milli Məclisin noyabrın 27-da keçirilən iclasının gündəliyinə daxil edilib.

Layihəyə əsasən, Vergi Məcəlləsində 5 istiqamət üzrə 37 əsas maddədə və 75 alt maddədə dəyişiklik nəzərdə tutulur. Bunlar investisiya mühitinin və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, vergi inzibatçılığının təkimilləşdirilməsi, beynəlxalq reytinqlərdə ölkənin mövqeyinin yaxşılaşdırılması və uyğunlaşdırma xarakterli dəyişikliklərdir.

Dəyişikliklərin yaşıl iqtisadiyyat, tibbi turizm, avtomobil sənayesi və gəmiqayırma, ticarət şəbəkələri və bazarlar, mədəniyyət sektoru və dövlət-özəl tərəfdaşlığı sahələrində tətbiqi nəzərdə tutulur.

Layihənin qəbulunda dövlət-özəl tərəfdaşlığı çərçivəsində iri investisiyaların cəlb edilməsi, yaşıl iqtisadiyyatın dəstəklənməsi, o cümlədən ənənəvi nəqliyyat vasitələrindən ekoloji təmiz nəqliyyat vasitələrinə keçidin davam etdirilməsi, uçotsuz və qanunsuz sahibkarlığın dairəsinin məhdudlaşdırılması, bazarlar üzərində vergi uçot nəzarətinin təmin edilməsi, xidmət sahələri üzrə mikro sahibkarların vergi yükünün optimallaşdırılması, beynəlxalq reytinqlərdə ölkənin mövqeyinin yaxşılaşdırılması, mədəniyyət sektoru, o cümlədən kino və teatr sahəsində inkişafın dəstəklənməsi və gəlirliliyin artırılması kimi nəticələr hədəflənib.

* * *

“Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda təsdiqlənib.

Fins.az xəbər verir ki, qanun layihəsi parlamentin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.

Layihə 3 qanun üzrə 4 dəyişikliyi özündə ehtiva edir.

Dəyişikliklərdə birinci istiqamət gəlir vergisi, işsizlik, tibbi və sosial sığorta barədə hesabatların təqdim edilməsi vaxtlarının tənzimlənməsi ilə bağlıdır. İkinci əsas mahiyyət xarakterli digər dəyişiklik həyatın yığım sığortası sahəsində sosial sığorta üzrə güzəştlərin məhdudlaşdırılması ilə bağlıdır. Belə ki, həyatın yığım sığortası sahəsində sosial sığorta ilə bağlı güzəştlərin dövlət sektoruna münasibətdə 2025-ci ildən ləğvi təklif olunur.

Seçilən
62
fins.az

1Mənbələr