AZ

Milli Məclisin saxlanılmasına ayrılan vəsait açıqlandı


“2025-ci ilin dövlət büdcəsində Milli Məclisin və onun aparatının saxlanılması üçün 51 851 447 manat vəsait nəzərdə tutulub”.

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin İşlər idarəsinin müdiri Firudin Hacıyev parlamentin 2025-ci il üçün xərclər smetası haqqında qərar layihəsini təqdim edərkən deyib.

Xərclər smetasının ümumi dəyərinin 76,22 faizini əməkhaqqı fondu və bununla əlaqədar ayırmalar təşkil edir: “Milli Məclisin deputatlarının, aparatın və işlər idarəsinin əməkdaşlarının xidməti otaqları kompüter dəstləri və tələb olunan digər ləvazimatlarla təmin edilib. 2024-cü ilin xərclər smetasında nəzərdə tutulmuş vəsait hesabına Milli Məclisin deputatlarının işini səmərəli təşkil etmək məqsədilə 2009-cu ildə plenar iclas salonunda quraşdırılmış kompüterlər yeni tipli planşetlərlə əvəzlənib.

Bundan başqa, Milli Məclisin avtoparkında maddi texniki bazanın yaxşılaşdırılması məqsədilə müxtəlif növ avtomobil alınaraq istismara verilib.

İstismara yararsız hala düşmüş elektrik avadanlıqlarının yenisi ilə əvəzlənməsi, server otaqlarında, iclas salonlarında elektron səsvermə sistemlərini idarə etmək üçün ayrılmış xüsusi otaqlarda quraşdırılmış data mərkəzində yenidənqurma işlərinin aparılması tələb olunur”.


Seçilən
17
14
nuh.az

10Mənbələr