AZ

Bred Pitt bunun üçün Ancelinaya diz çöküb yalvarmağa hazırdır - Foto

Bir zamanlar bütün dünyanın həsəd apardığı Ancelina Coli Bred Pitt cütlüyü indi bir-birinə düşmən kəsilib.

Ölkə.Az xəbər verir ki, bu barədə ABŞ KİV-i yazıb. 

"Cənab və Xanım Smit" filminin çəkilişləri zamanı yaxınlaşan cütlük illər ərzində 3 bioloji, 3 övladlığa götürdükləri 6 uşağı birgə böyüdüb.
Sonradan ayrılan ikili bununla kifayətlənməyərək Fransada birgə yaşlanmağı planlaşdırdıqları qəsr üstündə də mübarizə aparıblar. Hətta iş o yerə çatıb ki, məhkəməlik olublar.
Keçmiş cütlük arasında problemlər tam həll olunmasa da, hələlik ara sakitləşib.
Artıq hər kəsin bildiyi kimi, keçmiş cütlüyün altı uşağı anası Ancelina ilə yaşayır. Artıq uşaqlardan 3-ü atalarının soyadından imtina edib.
Hər nə qədər sevgilisi İnes de Ramonla münasibətləri yaxşı olsa da, onun üçün vəziyyət heç də ürəkaçan deyil.

Bəzi ABŞ KİV-ləri yazır ki, Bred Pitt övlad üzünə həsrət qalıb.
İddiaya görə, hətta vəziyyət o yerə çatıb ki, Bred uşaqlarını görmək üçün diz çökərək Ancelinaya yalvarmağa belə hazırdır. 

Pitə yaxın mənbələr bildirib ki, aktyorun uşaqlarını görə bilməməsi ona olduqca pis təsir edib. Qeyd olunur ki, nə olursa-olsun Bred Pitt uşaqlarını görmək üçün apardığı mübarizədən əl çəkməyəcək.

A.Colinin uşaqları nəinki atalarına, hətta baba və nənəsinə də göstərmədiyi iddia edilir. Yerli nəşrlər yazır ki, nənə-baba düz 8 ildir nəvəyə həsrtə qalıb. 
Pittin valideynləri sonuncu dəfə nəvələri ilə 2014-cü ildə Ancelina Colinin baş rolda çəkildiyi “Unbroken" filminin premyerasında görüşüb.

Billurə

Seçilən
8
1
olke.az

2Mənbələr