AZ

Ömər Bolat: “Türkiyənin İslam ölkələri ilə ümumi ticarətdəki payını artırmaq üçün cəhd edirik"

Ticarət naziri Ömər Bolat Türkiyənin İslam ölkələri ilə ticarətdəki payının keçən il 26 faizə çatdığını və hədəfin 2030-cu ildə bu nisbəti 35 faizə çatdırmaq olduğunu vurğulayıb.

Ticarət naziri Ömər Bolat bu gün İstanbul Sərgi Mərkəzində qapılarını açan 10-cu Beynəlxalq Halal Sammitində çıxış edib.

Ömər Bolat “Türkiyənin İslam ölkələri ilə ümumi ticarətdəki payı 2002-ci ildə cəmi 11 faiz olduğu halda, keçən il bunu 26 faizə yüksəltdik. “2030-cu ilə qədər bu payı 35 faizə çatdırmaq üçün bütün gücümüzlə çalışırıq” deyib.

Halal akkreditasiya çərçivəsində alınan məhsulların artırılması istiqamətində işlərin davam etdiyini vurğulayan nazir Ö.Bolat “Ümumilikdə 20 mindən çox təşkilat halal, bunların da məhsulları halal akkreditasiya sahəsinə daxildir. Bu fəaliyyətlər daha da sürətlə davam edəcək. Xalqlarımızın rahatlıqla istehlak edə biləcəyi məhsul və xidmətlər halal əhatəsinə daxil ediləcək”, -deyə vurğulayıb.



Seçilən
12
15
trt.net.tr

10Mənbələr