AZ

Namizədlərin qeydiyyatı üçün sənədlərin təqdim edilməsi müddəti məlum oldu

Gələn il yanvarın 29-na təyin edilən bələdiyyə seçkiləri ilə əlaqədar namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi müddəti məlum olub.

Sabahinfo.az-ın xəbərinə görə, bu, Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planında əksini tapıb.

Seçki Məcəlləsinin 58.1, 94.3.1-ci maddəsinə əsasən, namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18:00-dək namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim etməlidir.

Bələdiyyə seçkiləri ilə əlaqədar bu müddət 2025-ci il dekabrın 10-da başlayıb, dekabrın 30-dək davam edəcək.

Seçilən
7
8
sabahinfo.az

10Mənbələr