Bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai İsrailin Livana hücumlarının dayandırılması ilə bağlı çıxan xəbərləri Tehranın alqışladığını açıqlayıb. Bu barədə İran Xarici İşlər Nazirliyinin "Telegram” kanalı xəbər verir. XİN sözçüsü bildirib ki, İran Livan hökumətini, millətini və müqavimətini də dəstəkləyir. İsmayıl Bəqai Qərbi Asiya bölgəsində sülh və sabitliyi qorumaq və Qəzza müharibəsini dayandırmaq üçün İsrailə qarşı təzyiqin artırılmasında beynəlxalq ictimaiyyətin məsuliyyət daşıdığını vurğulayıb.
Eltun Məmmədov
Diqqət Çəkənlər
Britaniyanın ən çox axtarılan cinayətkarlarından biri saxlanılıb
G7 İranın İsrailə hücumlarından insan haqlarına qədər addımlarını pisləyib
İranda təqaüdçülər yenidən etiraza qalxıdılar