“Qazaxıstan Rusiyanın etibarlı müttəfiqi və tərəfdaşı olub və olaraq qalır”.
Azpost.info xəbər verir ki, bunu Astanada Rusiya lideri Vladimir Putini iqamətgahında qəbul edən Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev deyib.
“Qazaxıstan bu çox çətin zamanda Rusiyanın etibarlı strateji tərəfdaşı, Rusiyanın müttəfiqi olub və belə də qalır”, – Tokayev bildirib.
Tokayev Putinə Astana səfərinə görə təşəkkür edib və bunu mühüm hadisə adlandırıb.
Azpost.info