AZ

"Qalatasaray"ın əfsanəsi taxtını əzəli rəqibinə buraxdı

Super Liqa tarixinin ən yaxşı qapıçılarından biri hesab olunan, "Qalatasaray"ın qapıçısı Fernando Muslera bu mövsüm göstərdiyi performansla taxtını əzəli rəqiblərinin qapıçısına buraxıb. 

“Cebheinfo.az” xəbər verir ki, Fernando Muslera "Qalatasaray"ın 13-cü həftədə zirvədə olduğu Super Liqada 12 matçın hamısında forma geyinib və 4 matçda qapısını toxunulmaz saxlaya bilib. 

Bu mövsüm "Fənərbaxça"nın qapıçısı xorvatiyalı Dominik Livakoviç Fernando Musleranı geridə qoyaraq 7 matçla Super Liqada 13 həftə ərzində qapısını qoruyub. 14 ilə yaxın "Qalatasaray"da oynayan 38 yaşlı Muslera buraxılan 11 qolla Dominik Livakoviçlə birlikdə liqada ən az qol buraxan qapıçılar sıralamasında yer alıb. Qeyd edək ki, bu mövsüm bütün yarışlarda 16 matçda meydana çıxan Fernando Muslera ümumilikdə 5 matçda qapısını ttoxunulmaz saxlamağı bacarıb. 

Seçilən
13
cebheinfo.az

1Mənbələr