Riqa şəhəri Tarixçilər küçəsində naməlum şəxs şəhər sakini ivanna Nurvinə qarşı zor tətbiq edərək ona məxsus çantanı alaraq qaçıb. News24.az xarici mətbuata istinadən xəbər verir ki, zərəçəkmiş dərhal hüquq-mühafizə orqanlarına baş vermiş hadisə ilə bağlı məlumat verib.
Riqa şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəhər sakini tutularaq istintaqa cəlb olunub. Hazırda polis saxlanılan şəxsin başqa cinayət əməllərində əlinin olub-olmadığını yoxlayır. Faktla bağlı cinayət işi qaldırılıb, istintaq davam etdirilir.