AZ

"Hesablarımı ödəyə bilmirəm, pulum yoxdur" - Trampın şəxsi vəkili

ABŞ-ın keçmiş Nyu-York meri və sabiq prezident Donald Trampın şəxsi vəkili Rudi Culiani (Rudy Giuliani) çərşənbə axşamı Manhettendə keçirilən məhkəmə iclasında gərgin anlar yaşayıb.

Qaynarinfo-nun verdiyi xəbərə görə, məhkəmə onun əmlakın təhvil verilməsi məsələsində ləng davrandığını iddia edərək, Culianiyə təzyiq göstərib.  

Culiani, 2020-ci il prezident seçkiləri zamanı Corciya ştatında seçkiyə məsul iki məmuru saxtakarlıqda ittiham etmiş, məhkəmə isə onu yalan iddialar yaymaqda təqsirli bilmişdi. Məhkəmə Culianinin bu məmurlara 148 milyon dollar dəyərində təzminat ödəməsi haqqında qərar vermişdi. İndi isə məhkəmə Culianidən bu məbləği ödəniş cədvəlinə uyğun qaydada ödəməsini tələb edir, amma o ödəmələri tez-tez gecikdirir.

Noyabr ayında məhkəmə Culianidən qiymətli bir "Mercedes" avtomobilini və ona babasından yadigar qalmış saatı təhvil verməsini tələb edib. Lakin Culiani sənədlərin hazırlanmasında çətinlik çəkdiyini və maliyyə vəziyyətinin ağır olduğunu bildirib.  

Son iclas zamanı hakim bu gecikmənin səbəbini soruşarkən Culiani səsini yüksəldərək bildirib: "Sizin mənim səhlənkar olduğumu düşünməyiniz səhvdir. Mənim avtomobilim yoxdur, kredit kartım yoxdur, pulum yoxdur. Mən hesablarımı ödəyə bilmirəm".  

Hakim onun emosional reaksiyasına cavab olaraq, Culianiyə öz fikirlərini yalnız and içmiş şəxs olaraq bildirməyi və hüquqi məsələlərin həllini vəkilinə həvalə etməyi tövsiyə edib.  

Hakim Culianinin vəkilinə müraciət edərək qəti şəkildə vurğulayıb:  "Müvəkkiliniz üçün hazırda məhkəmənin qərarlarını yerinə yetirməkdən daha vacib bir məsələ olmamalıdır. Nöqtə"

Aydın
Seçilən
17
2
qaynarinfo.az

3Mənbələr