AZ

Renduliçin köməkçiləri də getdi, “Sabah” yenilərini tapdı

“Sabah”ın yeni baş məşqçisi Vasili Berezutskinin iki köməkçisinin adına aydınlıq gəlib. Belə ki, rusiyalı mütəxəssisin məşqçilər korpusunda Dmitri Smirnov və Aleksandr Naqornı yer alacaq.

Bu barədə “Football-plus.az”a “bayquşlar”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib. Onun sözlərinə görə, Krunoslav Renduliçin bütün köməkçiləri komandadan ayrılıb. Digər təyinatlar haqda yenilik olduğu təqdirdə ictimaiyyətə əlavə bilgi veriləcək.

Qeyd edək ki, Masazır təmsilçisi Berezutskiylə 2,5 illik müqaviləyə qol çəkib. Kollektiv 14 turdan sonra 19 xalla 5-ci sıradadı. Rusiyalı baş məşqçinin debütü noyabrın 29-da “Səbail”lə matçda gerçəkləşəcək.

KƏNAN BAHADIR

Seçilən
22
football-plus.az

1Mənbələr