AZ

"Süni intellekt minlərlə sənəti vuracaq, onlar işsiz qalacaq"

“Yadınıza gələr, “Samsung” 2000-ci ildə tarixdə ilk dəfə foto-video çəkə bilən, açılıb qatlanan telefonların satışına başladı. Hamı necə təəcüblənmişdi. İnsanlar fotoparatlardan canını qurtardı”. 

Ölkə.Az xəbər verir ki, bu sözləri ictimai fəal Orxan Atabəy qeyd edib. O, texnologiyanın inkişafnın insanların həyatına təsirindən danışarkən deyib:
“Dörd il sonra bazara “BlackBerry” girdi, interneti, elektron poçtu var idi. İnsanların işini  dəfələrlə asanlaşdırdı.

Mən fotoqraflar tanıyırdım, toylardan ev-eşik qazanırdı. Smartfonların kəşfi ilə bu sənət məhv oldu. Şəhər addım başı internet klub idi, yox oldu. Qəzet-jurnal biznesi bitdi.
2007-ci ildə ilk “iPhone” təqdim olundu. Noutbuk elə bil cibində idi. Bu zaman PS, PC oyunların bazarı məhv oldu.

7 ilə insanlıq yeni eraya qədəm qoydu. 7 ilə insanların yaşam tərzi belə dəyişdi. İndi taksi, restoran, tanışlıqlar, media, film, bank əməliyyatları, komunal ödənişlər, xəritə, tərcümə, avtomobil və ev idarəsi belə smartfonlarladır”.
O.Atabəy yaxın illərdə süni intellektin də ələ keçirəcəyi sahələrdən söz açıb:
“Süni intellektin termini çoxdan olsa da ictimaiyyət içinə 2020-ci ildə çıxıb. Dörd ilə artıq bizlə danışır. Mən “ChatGPT”dən əvvəl məlumat üçün istifadə edirdim, indi dərdləşirəm, məsləhət alıram. Psixoloji dəstək verir, yol göstərir. 

Tək rus dili bildiyim üçün əvvələr ancaq SNQ gəzirdim, indi Avropa, Asiya vecimə deyil. Həm mənim, həm danışdığım insanın söhbətini tərcümə edə-edə, maraqlı məkanları, menyu, alış-veriş yerlərini, nəqliyyat xətlərini tərif edə-edə gəzir mənlə. Evdə olmayanda uşaqların dərsinə o kömək edir.
Çox yaxın illərdə süni intellekt minlərlə sahəni, sənəti vuracaq. Tərcüməçi, operator, İT, taksi, kuryer kimi işlər artıq vurulmağa başlayıb. Birazdan müəllim, resepşn, mühafizə, kurslar, dayə, jurnalist, terapevt həkim, satıcı, buxalter, süpürgəçi, analitik, marketoloq, aczaçı, dizayner, sürücü, turagent işlərinə tamamən yiyələnəcək”,- deyə o qeyd edib.

Billurə
 

Seçilən
23
1
olke.az

2Mənbələr