AZ

“Exit-poll” təşkilatlarının sənədləri bu tarixdə qəbul ediləcək

Gələn il yanvarın 29-na təyin edilən bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədlər yanvarın 9-dək qəbul ediləcək.

"Unikal" xəbər verir ki, bu, Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planında əksini tapıb.

“Azərbaycan Respublikasında seçkilərdə “exit-poll” keçirən təşkilatların akkreditasiyası Qaydaları”nın 2.1-ci bəndinə əsasən, Mərkəzi Seçki Komissiyası tərəfindən “exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədlərin qəbul edilməsinə səsvermə gününə ən azı 20 gün qalanadək davam edir.

Gələn il yanvarın 29-na təyin edilən bələdiyyə seçkiləri ilə əlaqədar bu müddət 2025-ci il yanvarın 9-dək olan dövrü əhatə edir.

“Azərbaycan Respublikasında seçkilərdə “exit-poll” keçirən təşkilatların akkreditasiyası Qaydaları”nın 2.3-cü bəndinə əsasən, MSK səsvermə gününə ən azı 10 gün qalanadək “exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərar qəbul etməlidir. Gələn il yanvarın 29-na təyin edilən bələdiyyə seçkiləri ilə əlaqədar bu müddət 2025-ci il yanvarın 19-dək olan dövrü əhatə edir.

Seçilən
31
50
unikal.az

10Mənbələr