Düzdü, buna qədər “Vitess”, ÇSKA (2020-21, 2022), “Krasnodar” (2021-22), həmçinin Çinin “Şanxay Şenxua” (2023-2024) klublarında köməkçi məşqçi kimi fəaliyyət göstərib. Amma baş məşqçi kimi onun seçilməsi birmənalı qarşılanmadı.
Maraqlıdı, “Soldati di Sabah” bu təyinatı necə qarşılayır?
Fanklubun rəhbəri Ağaxan Abdullayevlə əlaqə saxladıq. Onun “Football-plus.az”a söylədikləri:
“Heç birimiz yeni məşqçini tanımırıq. Bu üzdən nə yaxşı, nə də pis fikir deyə bilərik. Təcrübəsiz olması, təbii ki, heç də sevindirici hal deyil. Daha yaxşısı ola bilərdimi, bəlkə də ola bilərdi. Ancaq biz yenə də məşqçimizin arxasında olacağıq və ona dəstək verəcəyik”.
RÖYANƏ OĞUZ