AZ

Xatirə kitabı Merkelə milyonlarla avro qazandıracaq

Almaniyanın keçmiş kansleri Angela Merkel təqribən 15 min avro təqaüddən əlavə, indi "Azadlıq" adlı xatirələri sayəsində milyonlarla sərvət qazanacaq. 

Valyuta.az xəbər verir ki, kitab eyni vaxtda 31 ölkədə, o cümlədən Rusiya və Çində nəşr olunub. Almaniyada nüsxəsi 42 avroya satılır.

"Frankfurter Sonntags Zeitung"a görə, Merkel və həmmüəllifi, onun ofis direktoru Beate Baumann kitab üzərində işlərinə görə "iki rəqəmli milyonlarla" avans alıblar. Mütəxəssislər Merkelin kitabının qlobal bestseller olduğunu, partiyalar və fondların ənənəvi olaraq belə kitabları böyük miqdarda aldığını qeyd edərək, belə bir ödənişi kifayət qədər real adlandırırlar.

Alman dili hüquqları üçün avans məbləği 1,5-1,8 milyon avro həcmində qiymətləndirilir ki, bu da Merkelin sələfi Helmut Kolun xatirələrindən əldə etdiyi gəlirdən xeyli yüksəkdir. Lakin yüksək tələbata baxmayaraq, Merkel memuar müqaviləsi 60 milyon avro dəyərində olan Barak və Mişel Obama kimi beynəlxalq fiqurlara uduzur.

Merkel və Bauman birbaşa "Kiepenheuer & Witsch" nəşriyyatı ilə müqavilə bağlayaraq ədəbi agentin xərcindən yayınıblar. Noyabrın 27-də eks-kansler Berlində avtoqraf sessiyası keçirəcək, daha sonra ilk şəhəri Ştralsund olacaq kitab təqdimatı ilə ölkə üzrə qastrol səfərinə çıxacaq.

Paşa Məmmədli

Seçilən
16
2
valyuta.az

3Mənbələr