Lion “Olimpik”i sabah Avropa Liqasının liqa mərhələsinin 5-ci turunda “Qarabağ”la qaşılaşacaq. Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Fransa klubunun baş məşqçisi Pyer Sajın oyundan bir gün öncə mətbuat konfransı keçirilib. Fransalı çalışdırıcı oyunda iddialı şəkildə performans nümayiş etdirmək üçün gəldiklərini bildirib: “Oyunda iddialı şəkildə performans nümayiş etdirmək üçün gəlmişik. Burada xüsusi bir ssenari yoxdur. Oyunun qələbəmizlə bitəcəyinə ümid edirik. Adəti üzrə hərəkət edəcəyik. Kiçik dəyişikliklər istisna olmaqla, eyni qaydada meydana çıxacağıq. Çox az rotasiyalar olacaq. Yassin Benzya çox yaxşı formadadır. Burada təkcə Fransadan olan oyunçular deyil, digər futbolçular üzərində də oyunumuzu qurmağa çalışacağıq. “Qarabağ”ı dəyərləndirərkən görürük ki, çox dinamik və fiziki baxımdan güclü kollektivdir. “Ayaks”la oyunda “qırmızı” istisna olmaqla, çox yaxşı çıxış etmişdilər. Meydana qələbə qazanmaq üçün çıxacağıq. “Qarabağ”ı təhlil edərkən daha çox avrokuboklardakı oyunlarını izləmişik. Daha çox sabit oyunun göstərilməsi üzərində fokuslanırıq. Matçın ilk dəqiqələrindən sona kimi sabit oyun nümayiş etdirməyə çalışırıq”.