AZ

ABŞ Ermənistanı “demokratikləşdirilməsi” adı ilə onu tamamilə özünə tabe etmək istəyir

Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) bildirir ki, Birləşmiş Ştatlar Ermənistanın “demokratikləşdirilməsi” planlarından əl çəkmir və onu tamamilə özünə tabe etmək istəyir.

Departamentin məlumatına görə, Dövlət Departamenti Ermənistanın Qərblə yaxınlaşma kursunun dönməzliyinə şübhə ilə yanaşıb və ölkədə qərbyönlü partiyaları “təbliğ etməyə” başlayıb. Xarici Kəşfiyyat Xidmətinin məlumatına görə, Amerika hakimiyyəti “pul hesablamağı bilən” ermənilərin “ənənəvi regional əlaqələrin kəsilməsindən onları təhdid edən düzəlməz zərəri sonda dərk edəcəklərinə” inanır.

Problemin həlli kimi ABŞ-ın Ermənistanda “kifayət qədər etibarlı olmayan” hakimiyyət vertikalını gücləndirmək istədiyi iddia olunur. Bu məqsədlə Aram Sarkisyanın “Respublika”, Arman Babacanyanın “Respublika Naminə”, Tiqran Xzmalyanın “Ermənistan Avropa Partiyası” və Levon Şirinyanın “Xristian Demokratik Partiyası” partiyalarından istifadə olunacaq.

SVR-nin press-relizində deyilir: “Qərbyönlü partiyaların 2026-cı ildə keçiriləcək seçkilərdə parlamentə daxil olmasını təmin etmək üçün onların siyasi “təşviqi” artıq başlayıb”.

//Samir Qurbanov, Editor.az

Seçilən
18
editor.az

1Mənbələr