AZ

İlkin Fikrətoğlu “Qarabağ”la milli haqda ŞOK SÖZLƏR: Rövşən Nəcəfə 0:6 “hədiyyə” etdilər

UEFA Millətlər Liqasının bu mövsümü Azərbaycan futbolu üçün fiasko ilə bitdi. 6 oyuna cəmi 1 xal qazanan, 3 qol vurub, 17 top buraxan yığmamız C Liqasında Litva ilə yanaşı, ən zəif nəticə göstərən komanda kimi yuvarlandı D Liqasına. Heyətində yarımpeşəkarların oynadığı Andorra, Lixtenşteyn, Cəbıllütariqin yanına. Həmişə yuxarıdan aşağı baxdığımız San Marinonun adını bu kampaniyada çəkə bilməyəcəm, cünki indi onlar bizə yuxarıdan aşağı baxır. C Liqasında bizim yerimizi tutublar.
Bizim üçün bir futbol rəzalətidir bu! Ona görə rəzalətdir ki, D Liqasında yoldaş olduğumuz ölkələrin heç birinin futboluna ildə dövlətdən 35-40 milyon manat ayrılmır. Rəzalətdir ona görə ki o ölkələrin heç birinin klubu Avroliqanın pley-offunda, indiki reqlamentlə əsas mərhələdə oynamır. Bəzilərinin heç normal daxili çempionatı yoxdur. Bizim futbol sistemimiz isə o qədər kəllə-mayalqdır ki, ortada Andorradan da yekə paradoks var: klubumuzdan Avroliqada pley-offa çıxmağı tələb edirik, millimizi isə D Liqasında «cırtdanlar»ın arasında basdırırıq. «Qarabağ»la milli arasındakı uçurum qədər fərq Azərbaycanda keyfiyyətli futbolçu yoxluğunun bariz nümunəsidir. «Qarabağ» əsasən legionerlırin hesabına müəyyən uğurlar qazanır, milli isə qalıb bir dəstə yarıtmaz futbolçunun əlində.

Fuad Musayev, Ramiz Mirzəyev, Rövnəq Abdullayevin dönəmində millinin belə biabırçı məğlubiyyətləri olmuşdu, futbolçularımız Rövşən Nəcəfi də çox intizarda saxlamadılar, AFFA-nın yeni prezidentinə də ilk 0:6-nı “hədiyyə” etdilər. Allah betərindən saxlasın! Bu keyfiyyətsiz oyunçu yığını Stokholmda İsveçdən 6 cavabsız qol “yeyərək”, ölkə futbolunun tarixinın növbəti rüsvaycı səhifəni yazdılar. Oynayıb uduzsalar, adamı bu qədər yandırmaz. Oyun başlamadan məğlubiyyətlə barışıb meydana çıxmışdılar sanki.
Kim şübhə edirsə, qolların təkrarına bir də baxsın. İsveçlə matçda yalnız 6 qol buraxsa belə, az-cox qapıçı Rza Cəfərovu və son vaxtlar oyununda irəliləyiş hiss olunan Coşqun Diniyevi fərqləndirmək olar. Bu komandanın bəxti gətirib ki, bura 90-cı illərin İraqı deyil. Yoxsa Səddam Hüseynin oğlu Uday belə məğlubiyyətə görə Bağdadın ortasında onları şallaqlayardı.

Seçilən
60
sportinfo.az

1Mənbələr