AZ

Qızını 3 yaşadək şkafda saxladı - Dünya qəddar anadan DANIŞIR

İngiltərədə üç yaşlı qızını divanın çəkməsində saxlayan qadına məhkəmə hökm çıxarıb.

Ölkə.az Lent.az-a istinadla bildirir ki, ananın dediyinə görə, o, 2020-ci ildə uşaq dünyaya gətirib, lakin onu qeydiyyatdan keçirməyib. Onun haqqında başqalarına, hətta uşağın atasına da məlumat verməyib.

Qadın evdə hamamda doğuş etdikdən sonra qızını daim yataq dəstlərini saxladığı divan çəkməsində gizlədib. O, vaxtaşırı uşağın yanına gəlir, onu şprislə qidalandırır və uşaq bezini dəyişdirirdi.

Ailədə daha bir neçə uşaq var. Bir gün ana digər uşaqlarını məktəbə apardıqdan sonra işə gedib və kiçik qızı Milad bayramı gecəsi boyu şkafda tək qalıb.

Qız 2023-cü ildə ingilis qadının əri tərəfindən uşağın ağladığını eşidəndə aşkar edilib. Hadisə yerinə gələn mütəxəssislər həmin an yeriyə bilməyən, sürünməyən və danışa bilməyən qızcığazı müayinə edib, inkişafı on aylıq körpə səviyyəsində olub.

“O, nə gün işığına, nə də təmiz havaya məruz qalmışdı və ilk dəfə tapılan zaman öz adına cavab verməyib” deyə prokuror bildirib.

Nəticədə ana 7 il müddətinə azadlıqdan məhrum edilib. Uşaq qəyyumlara göndərilib. Onların fikrincə, qıza emosiya nümayiş etdirməyi, yemək yeməyi öyrətmək lazımdır.

Seçilən
30
3
olke.az

4Mənbələr