AZ

“O mənə əziz dostum dedi və...” – Merkel Ərdoğandan yazdı

Almaniyanın ilk və yeganə qadın kansleri Angela Merkel xatirələrini qələmə alıb. Onun dünən 30 ölkədə yayımlanan “Azadlıq”.

Musavat.com xəbər verir ki, “Xatirələr 1954-2021” adlı xatirə kitabında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana uzun bir fəsil ayırması diqqət çəkib. 2005-ci ildə vəzifəyə gəldikdən sonra Türkiyəyə 12 dəfə səfər edən Merkel xüsusilə 2015-ci ildə baş verən mühacir böhranından sonra Ərdoğanla xatirələrini yazıb.

“Avropa bu (miqrant böhranı) probleminin öhdəsindən gəlmək istəyirsə, Türkiyənin mühüm rolu var idi... Mən Ərdoğanı təkcə qaçqın siyasətində deyil, bütün siyasi spektrdə rol oynaya biləcək bir siyasətçi kimi qəbul etdim”,- Merkel bildirib.

Merkel Ərdoğanın razılaşdıqları zaman çox nəzakətli davrandığını və ona “Əziz dostum” deyə müraciət etdiyini yazıb.

Şahanə Rəhimli
Musavat.com

Seçilən
7
13
musavat.com

10Mənbələr