Bakı. Trend:
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 58 milyon 140 minABŞ dolları dəyərində 55 min 961 ton düyü idxal edib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbərverir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyərbaxımından 15 milyon 38 min ABŞ dolları (34,9%), həcm baxımındanisə 8 min 287 ton (17,4%) çoxdur.
10 ayda düyü idxalı ölkənin ümumi idxalının 0.35%-ni təşkiledib.
Xatırladaq ki, ötən ilin 10 ayında Azərbaycan 43 milyon 102 minABŞ dolları dəyərində 47 min 674 ton düyü idxal edib.