"Xiaomi" 2025-ci ildə öz prosessoruna əsaslanan smartfonların istehsalına başlayacaq.
Valyuta.Az xəbər verir ki, şirkət bununla xarici istehsalçılardan asılılığı azaltmağı planlaşdırır. Hazırda "Xiaomi" prosessorları "Qualcomm" və "MediaTek" korporasiyalarından alır. Şirkətin bu addımı, Çin hökumətinin yerli şirkətlərin, xüsusilə ABŞ-dan asılılığını azaltmaq istəyinə uyğundur.
İnsayderlər prosessorun yaradılmasını "çətin nailiyyət" adlandırıblar. Çipin kütləvi istehsalına 2025-ci ildə başlanacaq və həmin dövrdə onun əsasında yeni smartfonlar bazara çıxarılacaq.
Materialda qeyd olunur ki, "Xiaomi" "Samsung"un yolu ilə gedərək kompromis həll seçə bilər. Koreya korporasiyası smartfonlarının bir hissəsini "Qualcomm" çipi, digər hissəsini isə öz "Exynos" prosessoru ilə istehsal edir.
Bununla yanaşı, flaqman cihazlarının yaradılmasında "Xiaomi" "Qualcomm" ilə sıx əməkdaşlıq edir. Belə ki, oktyabrın sonunda buraxılmış "Xiaomi 15" yeni flaqman modeli bazarda ilk olaraq "Qualcomm Snapdragon 8 Elite" prosessoru ilə təchiz olunub.
"Xiaomi"nin 2025-ci ildə smartfonlar üçün prosessor buraxacağı barədə ilk məlumatı yay aylarının sonunda insayder Yogeş Brar (Yogesh Brar) vermişdi. Prosessor Çin şirkəti "Unisoc" ilə birgə hazırlanır.
Rəhim