AZ

BMW 2000-ci illərin simvolik idman avtomobilini yenidən istehsal etdi

BMW konserni "Electronic Arts" studiyası ilə birlikdə 2005-ci ildə "Need For Speed: Most Wanted" kompüter oyunundan modelin dəqiq surəti olan M3 GTR idman avtomobilini istehsal edib. 

Valyuta.az xəbər verir ki, bu barədə "BMWBlog" avto jurnalı məlumat yayıb.

Dəqiqləşdirilir ki, avtomobilin yaradılması məşhur yarış franşizasının otuzuncu ildönümünə, eləcə də oyunun son hissəsinin tezliklə yenilənməsinin elanına təsadüf edir. Sportkarı noyabrın 27-dən yanvarın 6-dək Münhendəki "BMW Welt" sərgi mərkəzində görə bilərsiniz.

Markanın yarış trekindəki mövqeyini gücləndirmək üçün GTR versiyası BMW M3 E46-da peyda oldu. 460 at gücünə malik yeni 4,0 litrlik alüminium atmosferli V8 xüsusi trek kupesi üçün nəzərdə tutulub.

2000-ci illərdə ALMS-dən yarış avtomobillərinə bənzər müəyyən sayda yol avtomobili istehsal etməsi tələb olunurdu. Belə ki, BMW M3 GTR-nin "Strassenversion" adlı, orijinala mümkün qədər oxşar olan təxminən on yol versiyasını hazırlayıb. Bu idman avtomobilinin gücü 350 at gücünə endirilsə də, eyni mühərriki saxlayıb. O da aydınlaşdırılır ki, əsl surət BMW ehtiyatlarından olan yarış avtomobili əsasında hazırlanıb.

Paşa Məmmədli
 

Seçilən
41
valyuta.az

1Mənbələr