AZ

Bu ölkədə uşaqlara sosial media qadağan ediləcək

Müəllif:Ayşən İmanova/Banco.az

Avstraliya Federal Parlamentinin Nümayəndələr Palatası hökumətin 16 yaşdan kiçik uşaqlar üçün sosial medianın qadağan edilməsi ilə bağlı təklif etdiyi qanun layihəsini təsdiqləyib.

Banco.az xəbər verir ki, 115 deputatdan 102-si qanunun lehinə səs verib. 

Hökumətin təklifinin əleyhinə səs verən 13 parlamentariyə “Yaşıllar” partiyasının bütün fraksiyası və bir sıra müstəqil deputatlar daxildir. Qanun layihəsinin yaxın günlərdə yuxarı palataya təqdim ediləcəyi və burada da senatorların əksəriyyətinin dəstəyini alacağı gözlənilir.

Qanun layihəsini parlamentarilərə şəxsən təqdim edən Avstraliyanın Baş naziri Entoni Albaneze həftənin sonuna qədər onun qeyd-şərtsiz qəbul ediləcəyinə ümid edir.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
14
banco.az

1Mənbələr