AZ

“Yar gəldi yar” mahnısının “Youtube” səhifəsində erməni musiqi nümunəsi kimi təqdim olunmasının qarşısı alınıb

Azərbaycanın Xalq artisti Şövkət Ələkbərovanın ifa etdiyi, musiqisi Adil Gəraya və sözləri Əli Kərimə məxsus olan “Yar gəldi yar” mahnısının “Youtube” səhifəsində erməni musiqi nümunəsi kimi yerləşdirilməsi faktı Əqli Mülkiyyət Agentliyində araşdırılıb.

AZƏRTAC xəbər verir ki, bununla bağlı olaraq Agentlik məlumat yayıb.

Məlumatda deyilir: “Ş.Ələkbərovanın ifa etdiyi “Yar gəldi yar” mahnısı “Armenian Music, (Torkish languge) Music 15. (rare) Music 17. Şövkət Ələkbərova (rare)” “rekviziti” altında 2016-cı il sentyabrın 4-də “Youtube”un “BehrooZ Abshar” adlandırılan səhifəsində yerləşdirilmişdi.

“Yar gəldi yar” mahnısı 1957-ci il aprelin 16-da Azərbaycanın Xalq artisti Səid Rüstəmovun dirijorluğu və Xalq Çalğı Ansamblının müşayiətilə Ş.Ələkbərovanın ifasında lentə alınıb. Səslənmə müddəti (xronometraj) 4.33 saniyədir. 13313 kod nömrəsi ilə AzTV-nin “Qızıl Fond”unda saxlanılır.

Məlumat üçün bildiririk ki, Ş.Ələkbərovanın “Youtube”da əmlak hüquqlarının idarəçiliyini bu sahədə Bakı şəhərində fəaliyyət göstərən “Mikpro” MMC həyata keçirir. Buna görə də “Mikpro” MMC cəlb edilməklə Əqli Mülkiyyət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Ş.Ələkbərovanın ifaçı kimi hüquqlarının pozulmasına səbəb olan qeyd edilən video “Youtube”un “BehrooZ Abshar” səhifəsindən silinib.

Bununla da Ş.Ələkbərovanın ifaçı kimi hüquqlarının pozulması “Youtube” rəhbərliyi tərəfindən öz təsdiqini tapıb və onun pozulmuş hüquqları bərpa edilib”.

Seçilən
21
27
yeniazerbaycan.com

10Mənbələr